Ueyn Runi yarımmüdafiəçi olacaq

16:56 18 May 2016

"Mançester Yunayted" klubunun və İngiltərə millisinin hücumçusu Ueyn Runi yeni mövsümdə fərqli mövqedə oynayacağını bildirib.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu bu barədə açıqlamasında yeni mövsümdən yarımmüdafiəçi kimi çıxış edəcəyini bildirib.


"Bəzən elə vəziyyət yaranır ki, seçim etmək məcburiyyətində qalırsan. Düşünürəm ki, mənim üçün hal-hazırda ən yaxşısı yarımmüdafiəçi mövqeyində çıxış etməkdir.


Lakin, millidə yenə də hücumçu kimi fəaliyyət göstərəcəyəm. Avropa çempionatından sonra isə yarımmüdafiəçi kimi çıxış edəcəm".


Xəbər xətti