Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək

21:01 18 May 2016

20 və 21 may tarixlərində Heydər Əliyev adına İdman-Konsert  Kompleksində Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçiriləcək.


Sportarena.az xəbər verir ki, 67 akrobatın iştirak edəcəyi yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” Idman Klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.


İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar - 2000-2007), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər; yeniyetmələr – 1998-2006), qarışıq cütlüklər (gənclər – 1997-2005; balacalar- 2002-2010), qadın qrupları (yeniyetmələr - 1998-2006; uşaqlar - 2000-2007; balacalar - 2002-2010) və kişi qrupları (balacalar - 2002-2010) medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.


Turnir zamanı Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük və kişi cütlüyü Seymur Cəfərov-Murad Əkpərov heyranedici çıxışları ilə yarışlar ərzində  tamaşaçıları həyəcanda saxlayacaqlar.


Digər xəbərlər

Xəbər xətti