Azərbaycanlı tələbə ABŞ-da altıncı olub

21:29 18 May 2016

ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb.


Sportarena.az xəbər verir ki, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. O, hündürlüyə tullanma yarışlarında 2.07 metr nəticə göstərib və 6-cı yeri tutub. Həmyerlimizə müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.


Xatırladaq ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ələsgər Məmmədov 2.05 metr nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.


Ümumilikdə yarışdakı çıxışını yüksək qiymətləndirən təşkilatçılar Miçiqan Universitetində təhsil alan Ələsgər Məmmədovun böyük potensiala malik olduğunu bildiriblər.


Digər xəbərlər

Xəbər xətti