Buffon: "Əgər ədalət varsa, "Atletiko" finalda "Real"a qalib gələcək"

11:51 19 May 2016

"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının finalında keçiriləcək Madrid derbisi haqda danışıb. 

İtaliyalı qolkiper AS nəşrinə açıqlamasında bildirib ki, "Atletiko"nun bu dəfə finalda "Real"a qalib gəlməlidi:

"Əgər idmanda ədalət varsa, "Atletiko" qalib gələcək. İki il əvvəl finalda onların bəxti gətirmədi.

Mən dünya idmanında revanş almaq üçün sənə şans verildiyinə inanıram. "Real"la oyun "Atletiko" üçün çətin keçəcək. Çünki "kral klubu"nun belə oyunlarda böyük təcrübəsi çoxdu.

Favorit? "Real". Ancaq "Atletiko" da güclü rəqibdi. Onlar finalda qələbə qazansalar, təəccüblənməyəcəm".


Digər xəbərlər

Xəbər xətti