U-17 "Avro-2016: finalın fit sahibi bəlli oldu

14:50 19 May 2016

17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatında final görüşünün hakim təyinatları açıqlanıb.

Sportarena.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Portuqaliya – İspaniya matçı isə çexiyalı hakimə tapşırılıb.

Qeyd edək ki, mayın 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Portuqaliya - İspaniya oyunu saat 20:00-da başlayacaq.

21 may

Avropa çempionatı, final

20:00. Portuqaliya – İspaniya
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
8-ci km qəsəbə stadionu.


Digər xəbərlər

Xəbər xətti