Bəxtsiz baş məşqçi: Yurgen Klopp

21:30 19 May 2016

Bazeldə keçirilən qarşılaşmada "Liverpul" "Sevilya"ya məğlub oldu (3:1).

Beləliklə də , ingilislərin baş məşqçisi Yurgen Klopp 6-cı finalından 5-də məğlubiyyətlə üzləşdi.

Bundan əvvəl Klopp İngiltərə liqası  ("Mançester Siti" – 1:1, penaltilərlə – 1:3), Almaniya kuboku-2014/15 ("Volfsburq" – 1:3), 2013/14 ("Bavariya"– 0:2) və Çempionlar liqası finalında -2012/13 ("Bavariya" – 1:2) qalib gələ bilməyib.

Finalda Kloppun yeganə qələbəsi 2011/12 mövsümünün Almaniya kubokunda "Bavariya"ya qarşı olub (5:2).


Xəbər xətti