"Atletiko"dan "Benfika"nın futbolçusuna 25 milyon avro

11:35 21 May 2016

"Benfika"nın yarımmüdafiəçisi Nikolas Qaytan "Atletiko" ilə müqavilə imzalayacaq.
 

Sportarena.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, dünən keçirilən qarşılaşmada "Benfika"nın heyətində Qaytan "Maritimo" ilə oyunda  (6:2) meydana çıxmışdı. Bu oyun onun üçün çox güman ki, sonuncu olub. 2019-cu ilə qədər müqaviləsinin olmasına baxmayaraq 28 yaşlı futbolçu Madridə yollanacaq.
 
 
 
Məlumata görə transferin dəyəri 25 milyon avrodur. Madrid klubunun futbolçu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti