İtaliya kubokunun qalibi müəyyənləşdi

10:09 22 May 2016

İtaliya kubokunda 2015/16 mövsümünün qalibi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, kubokun final matçında "Yuventus" və "Milan" klubları üz-üzə gəliblər. Matçın əsas vaxtı qolsuz bərabərliklə bitdiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün əlavə vaxtda mübarizə aparıblar. Əlavə vaxtın 110-cu dəqiqəsində "Yuventus"un futbolçusu hesabı açaraq, kubokun qalibini müəyyənləşdirib.


Bununla da "Yuventus" 2015/2016 mövsümündə İtaliya kubokunun qalibi olub. Turin təmsilçisi bundan əvvəl A seriyasını birinci  pillədə tamamlayıb.

"Milan" - "Yuventus" - 0:1
Qol:
Alvaro Morata, 110 (0:1)


Xəbər xətti