"Real"da şok itki: Çempionlar Liqasının finalında oynamayacaq

15:30 22 May 2016

"Real" klubu Çempionlar Liqası finalı öncəsi ciddi itki ilə üzləşib.


Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Rafael Varan sol ayaq əzələsində baş vermiş yırtığa görə məşqləri dayandırıb.


Bu səbəbdən futbolçunun mayın 28-i "Atletiko" ilə final matçında meydana çıxmayacağı gözlənilir.


Fransa millisində forma geyən futbolçunun "Avro-2016"da çıxış edib etməyəcəyi isə hələ ki məlum deyil.


Digər xəbərlər

Xəbər xətti