Millimiz Avstriyaya yollandı

11:59 23 May 2016

Azərbaycan yığma komandası bu gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb. 


Sportarena.az xəbər verir ki, millimizin üzvlərini aparan təyyarə səhər saatlarında Vyanaya yola düşüb.


Komandamız elə bu gündən məşqlərə start verəcək. Hazırlıq prosesi iyunun 4-nə qədər davam edəcək. Bu müddətdə Robert Prosineçki futbolçularımızı Andorra (26 may), Makedoniya (29 may) və Kanada (3 iyun) ilə oyunlarda sınaqdan keçirəcək.


Qeyd edək ki, millimiz Avstriyaya tam heyətlə getməyib. Belə ki, "Qarabağ" və "Neftçi"də çıxış edən milli üzvləri bu komandalar arasında mayın 25-də baş tutacaq kubokun final matçından sonra Vyanaya yollanacaqlar. İspaniyanın "Kordoba" klubunda çıxış edən Eddi İsrafilov isə düşərgəyə mayın 30-da qoşulacaq.(Azerisport.com)


Digər xəbərlər

Xəbər xətti