FIFA Connect layihəsi ilə bağlı seminar keçirilib - FOTOLAR

21:05 23 May 2016

Bu gün AFFA-nın inzibati binasında FIFA Connect layihəsini təmsil edən Qonteri Daniel  və Matteu Koulinqin rəhbərliyi ilə seminar-görüşlər başlayıb. 


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 26-dək davam edəcək seminarda FIFA Connect layihəsinin Bakı, Sumqayıt, Qəbələ, Lənkəran, Ağsu və Gəncə şəhərlərində fəaliyyət göstərəcək ofislərinin təmsilçiləri, həmçinin peşəkar və həvəskar futbol və futzal klublarının nümayəndələri iştirak edəcəklər.


Xəbər xətti