Evra "Yuventus"la yeni müqavilə imzaladı

10:55 24 May 2016

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Patris Evra komanda ilə yeni müqavilə imzalayıb. 


Sportarena.az xəbər verir ki, fransız futbolçu Turin təmsilçisi ilə 2 illik müqavilənin razılığını əldə edib. O, 2018-ci ilə qədər "Yuventus"un şərəfini qoruyacaq. 


Qeyd edək ki, 2014-cü ildən "Yuventus"da çıxış edən Evra keçirdiyi 47 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti