Cavid Hüseynov məhkəmədən bəraət istədi

12:58 25 May 2016

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Sportarena.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov son sözlə çıxış edib. O, bəraət hökmünün çıxarılmasını istəyib.


Proses mayın 31-də davam etdiriləcək.


Xatırladaq ki, ötən prosesdə prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.(Report)


Xəbər xətti