"Bakıdakı turnir Avropada yeniyetmə futbolunun təbliği idi"

13:15 25 May 2016

"Turnirin startında gələcək Avropa çempionuna – Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının çıxışından qürur duya bilər".


Sportarena.az xəbər verir ki, bu sözləri U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri Klaudio Neqroni deyib.

Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə fikirlərini bildirən UEFA rəsmisi turnirin Azərbaycan futbolunun yüksəlişinə mühüm təsir göstərəcəyini vurğulayıb:

"Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk”.


Xəbər xətti