(R) AAAF Parkda müştərilər üçün sərfəli fürsət - VİDEO

15:31 25 May 2016

AAAF Parkda “Tuado” otellərinə daxil olan kotteclərlə bağlı yeni kampaniya başlayıb. Kampaniyanın mahiyyəti sərfəli qiymətlərlə müştərilərin yay boyunca istirahətini və əyləncəsini təmin etməkdir. Bir gün üçün kotteclərdə gecələmə 19 AZN təşkil edir. Ödənişə “Zirvə” restoranında səhər, nahar və şam yeməyi daxildir. Fürsətlər bununla bitmir, bir gün üçün ödəniləcək 19 AZN, yenidən bonus şəklində müştərinin kartına yüklənəcək. Sakinlər üçün 50 %-lik güzəşt bu kampaniyada keçərli deyil. Yüklənən bonuslar gün ərzində AAAF Parkda yerləşən əyləncə mərkəzlərindəki attraksionlarda və ya fitnessdə istifadə oluna bilər.

Kotteclərlə bağlı kampaniyada uşaqlar üçün yaş həddi nəzərdə tutulub. Belə ki, 6 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmur. 6 – 12 yaş arası uşaqlar üçün ödənişə 50 % güzəşt olunur. Bu endirim AAAF Parkda yerləşən əyləncə mərkəzlərindəki attraksionlarda və fitnessdə keçərlidir. Kampaniya əsasən ailələr üçün nəzərdə tutulub.

Hər kəsi AAAF Park Yaşayış Kompleksində kottec tipli otellərlə bağlı yaradılmış inanılmaz fürsətlərdən yararlanmağa dəvət edirik!


Digər xəbərlər

Xəbər xətti