"Roma" klubunun azarkeşi həbs olundu

17:02 25 May 2016

"Roma" klubunun azarkeşi Daniel De Santis həbs olunub.

 


Sportarena.az xəbər verir ki, buna səbəb onun 2014-cü ildə "Napoli" klubunun azarkeşi Çiro Espozitonu öldürməsidir. Belə ki, 2014-cü ildə İtaliya kubokunun finalında "Napoli" və "Fiorentina" komandaları arasında Romada keçirilən matçdan öncə hər iki klubun azarkeşləri arasında münaqişə baş verib.

Hadisə zamanı De Santis Espozitoya arxadan tapança ilə atəş açıb.

Ç.Espozito bir müddət xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti