Maskerano "Yuventus"la razılıq əldə etdi

15:57 25 May 2016

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano karyerasını "Yuventus"da davam etdirə bilər.


Sportarena.az "sport.es"ə istinadən xəbər verir ki, argentinalı Turin təmsilçisi ilə prinsipial razılıq əldə edib.


Söhbət 3 illik sözləşmədən gedir. Buna əsasən onun məvacibi "Barselonada"kından xeyli artıq olacaq. Məhz bu səbəbdən Xavyer Kataloniya klubunu tərk etməyi düşünür.


Eyni zamanda "Barselona" da futbolçunu buraxmaq istəmir.


Digər xəbərlər

Xəbər xətti