"Beşiktaş"dan ilk transfer

11:32 26 May 2016

Qış fasiləsində "Hannover-96"dan icarəyə götürülən Marcelo Guedes  öz performansı ilə baş məşqçi Şenol Günəşin ümidlərini doğrultmağı bacardı. Baş məşqçinin istəyilə “Qara qartallar” braziliyalı müdafiəçini alman klubundan birdəfəlik almağı planlayır. Bunun üçün türk klubu hannoverlilərə 1.2 milyon avroluq transfer məbləğini ödəməlidirlər.

Qış transfer dönəmində “Beşiktaş”a qoşulan Marcelo Guedes meydana çıxdığı 16 oyunda  2 qolla yadda qaldı.


Xəbər xətti