"Fənərbaxça" mükafatlandırma mərasiminə qatılmadı

10:50 27 May 2016

Türkiyə kubokunun final qarşılaşmasında "Qalatasaray"la "Fənərbaxça" arasında keçirilən matçdan sonra maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, kubokun final görüşundə "Qalatasaray"a 1:0 hesabı ilə məğlub olan "Fənərbaxça" klubu kubok və medalların təqdimetmə mərasimində iştirak etməyib.  Belə ki, matçın final fitindən sonra paltardəyişmə otağına yollanan "Fənərbaxça" klubunun futbolçuları və məşqçilər heyəti meydana geri dönməyib. 


Xəbər xətti