Azərbaycanın kayak və kanoeçiləri II Dünya Kubokunda mübarizəyə başlayır

12:35 27 May 2016

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə II Dünya Kubokuna start verilib.


Sportarena.az xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 3 idmançı təmsil edir.


Kanoeçilərdən Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Nikita Sablin isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə iştirak edəcək.


Yeganə kayakçı İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.


Qeyd edək ki, I Dünya Kubokunda Azərbaycan yığması 2 medal qazanıb. Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə qızıl medala yiyələnib.


Xəbər xətti