Döyüşçümüz Rusiyada növbəti qələbəsini qazanaraq finala yüksəldi

13:11 27 May 2016

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. 

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Rusiyanın paytaxtı Moskvada keçirilən MMA üzrə “Fight Nights Global 48” turnirində uğurla çıxış edib. 
O, Qran-Pri FİGHT NIGHTS yarışının 1-ci yarımfinalında İslam Beqidovla üz-üzə gəlib. 70,3 kq çəki dərəcəsində baş tutan döyüşdə idmançımız rusiyalı rəqibini məğlub edib. Abbasov 3 raund davam edən gərgin görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu qələbə ilə təmsilçimiz Qran-Prinin finalına vəsiqə qazanıb. Bu, onun MMA-da keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci qələbədir.


Xatırladaq ki, Nəriman yarışın 1/4 final mərhələsində digər rusiyalı Nikolay Qaponovu məğlub edib.


Digər xəbərlər

Xəbər xətti