Joze Mourinyo rəsmən "Mançester Yunayted"də

12:49 27 May 2016

"Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" komandanın yeni  baş məşqçisi kimi portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə müqavilə imzalayıb. Klub mütəxəssislə 3 illik müqavilə imzalayıb. 


Qeyd edək ki, Avropanın bir çox nəhəng klublarında baş məşqçi kimi çalışan Joze Mourinyo sonuncu dəfə "Çelsi" klubunda işləyib. O, ötən ilin dekabr ayında "Çelsi"nin baş məşqçi postundan istefa vermişdi.


Digər xəbərlər

Xəbər xətti