Rəşad Sadıqov: "Andorra ilə matçda nəticə əsas deyildi"

13:38 27 May 2016

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirilmiş yoxlama oyununu şərh edib. 

 

Sportarena.az xəbər verir ki, o,oyundan sonra açıqlamasında bunları söyləyib:

"Gərgin oyun keçdi. Birinci hissədə komandamız yaxşı oyun sərgilədi. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Meydanda debütantların sayı çox idi. Məşqçilər onları yoxlamağa çalışırdı. Bütün bunları nəzərə almaq lazımdır. Əsas nəticə yox, yeni oyunçuların debüt etməsi, millinin formasını geyinmələri, bu həyəcanı hiss etmələri idi. Uşaqlar çalışdılar. Nəsə alındı, nəsə yox. Yığmanın heyətində elə bir futbolçu yox idi ki, meydanda can qoymasın. Kimin meydana çıxmağına baş məşçqi qərar verir. Həm də "Qarabağ"la "Neftçi"nin futbolçuları ölkə kubokunun finalında 120 dəqiqə mübarizə apardıqdan sonra bura gəldilər. Yol yorğunluğu da var. Buna görə də Andorraya qarşı oynamağımız çətin idi. Növbəti görüşlərə hazır olacağıq".(azerisport.com)


Xəbər xətti