Azərbaycan və Kuba güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib

12:10 28 May 2016

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. 


Sportarena.az xəbər verir ki, XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığmaları ilə birgə keçib. 


Hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib. 


Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 qələbəsi ilə başa çatıb.


Xəbər xətti