"Kəpəz"də 6 yeni müqavilə

13:48 28 May 2016

Transfer çalışmalarına davam edən "Kəpəz" 6 futbolçusu ilə müqavilə müddətini uzadıb.
 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi kapitanı Tural Axundov, Tural Nərimanov, Tural Rzayev, Eyyub Əliyev, Şəhriyar Rəhimov və Kərim Diniyevlə müqaviləni uzadıb.
 

Xatırladaq ki, "Kəpəz" Tadas Simaitis və Julien Ebahla da müqaviləni uzatmışdı. Bundan əlavə, "sarı-göylər" "Qarabağ"dan Şəhriyar Əliyevin icarə müddətini 1 il uzadıb.


Digər xəbərlər

Xəbər xətti