Saypulla Absaidov: "Çalışacağıq ki, nəticəmiz yüksək olsun"

17:34 28 May 2016

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olub.  


Sportarena.az xəbər verir ki, sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə təlimlərin keçirilməsinin Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində baş tutduğunu bildirib: 


"Kuba güləş məktəbi çox fərqlidir və bu təlim-məşq toplanışı bizim üçün çox faydalı oldu. Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Hal-hazırda biz intensiv hazırlıq mərhələsindəyik. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra artıq Rio Olimpiadasına əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən Olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".


Xəbər xətti