"Qalatasaray"dan ayrılan futbolçu İspaniya klubunda

18:52 28 May 2016

İspaniyanın "Deportivo" klubu Emre Çolakla 3 illik müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, mövsüm sonunda "Qalatasaray"la müqaviləsi başa çatan 25 yaşlı futbolçu "aslanlar"la yeni müqavilə imzalamayıb. Bu səbəbdən azad agent statusu alan futbolçu "Deportivo"ya transfer olunub. 


Qeyd edək ki,  yarımmüdafiəçi cari mövsüm "Qalatasaray" forması ilə 30 matça çıxıb və 3 qol vurub.


Xəbər xətti