"Neftçi" Türkiyəyə gedir

00:03 29 May 2016

Bu gün "Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. 


Sportarena.az xəbər verir ki, iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub.


Mövsümün yekunlarına əsasən "Neftçi”nin Futbol Akademiyasının fəaliyyəti qənaətbəxş hesab edilib.
Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.


İclasda əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi”nin əsas komandası iyun ayının 14-15-i tarixlərində Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. "Neftçi”nin təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti