Martino: "Messi üçün narahatıq"

11:57 29 May 2016

“Barselona”nın ulduzu Lionel Messi Argentina millisi ilə Hondurasa 1:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.


Matçın ikinci yarısında aldığı zədə üzündən meydanı tərk edən futbolçunun durumuna bu gün aydınlıq gələcək. 


Lakin Argentina milli komandasının baş məşqçisi Xerardo Martino futbolçunun durmunun kritik olduğunu bildirib: “Messi oyunda çox ciddi zədə aldı. Baş məşqçi kimi onun zədəsini analiz edə bilmərəm. Amma ayağına vurulan zərbə çox sərt oldu. Fikrimcə, durumu kritikdir və biz çox narahatıq”.


Xəbər xətti