"Mançester Yunayted"də iki yeni müqavilə

17:52 30 May 2016

"Mançester Yunayted" hücumçusu Markus Reşfor və müdafiəçisi Kemeron Bortuik-Ceksonla yeni müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, "qırmızı-şeytanlar" hər iki futbolçu ilə müqavilənin müddətini 4 il müddətinə uzadıb.


Məlumata görə, klub Markus Reşfordun məvacibini artıraraq həftəlik 25 min funt-sterlinqə yüksəldib.


Xatırladaq ki, Reşford əvvəllər həftəyə 1,5 min funt-sterlinq qazanırdı.


Xəbər xətti