Gəncə klubu 11 futbolçu ilə "nigah" yenilədi

22:55 30 May 2016

"Kəpəz" klubu, baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. 

Müqaviləsi uzadılan oyunçular aşağıda adları qeyd olunanlardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış edən Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.


Digər xəbərlər

Xəbər xətti