"Bavariya" Alaba üçün 50 milyonluq təklifdən imtina etdi

17:07 1 İyun 2016

Almaniyanın futbol klubu "Bayern" (Münhen) müdafiəçisi David Alabanı "Real Madrid"ə 50 milyon dollara satmaqdan imtına etdi.


Sportarena.az xəbər verir ki, Münhen klubu Avstriya millisinin oyunçusunu 80 milyon dollardan aşağı satmaq fikrində deyil. Qeyd edək ki, Alabanın "Bayern"lə müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.


Alaba 2015-2016 mövsümündə "Bayern"in heyətində bütün turnirlərdə 46 oyun keçirib, 2 qola imza atıb və 4 məhsuldar ötürmə verib.


Xəbər xətti