"Qalatasaray" məşhur futbolçu ilə razılığa gəldi

18:30 1 İyun 2016

Türkiyənin "Qalatasaray" klubu ilə bağlı yeni xəbər yayılıb. 


Sportarena.az xəbər verir ki, "aslanlar"ın kamerunlu ulduz transfer etdiyi iddia olunub.


Məlumata görə, "Qalatasaray" son iki mövsümü icarə əsasında "Vest Hem"də keçirən Aleks Sonq üçün "Barselona"ya müraciət edib. Kataloniya klubu kamerunlu oyunçunu istanbullulara icarə haqqı istəmədən verməyə razılaşıb. Sonqun özü də "Qalatasaray"da oynamağa razılaşıb.


Digər xəbərlər

Xəbər xətti