"Atletiko" azarkeşlərindən Simone üçün aksiya

22:35 1 İyun 2016

“Atletiko” Madirdin ev oyunularını keçirdi “Visente Kalderon” stadionunun qarşısına toplaşan 3 mindən çox “Atletiko” azarkeşi “Çolo (Simoenenin ləqəbi), qal “! şüarları səsləndiriblər.

Offside.com.az xəbər verir ki, azarkeşlər son illərdə klubun qazandığı nailiyyətlərin əsas memarı olaraq gördüyü 46 yaşlı Argentinalı çalışdırıcını klubda qalamsı üçün rəhbərlikdən əlindən gələni etməyi tələb ediblər.

Azarkeşlər eyni zamanda klub ilə sözləşməsi başa çatan Fernando Torresin də müqaviləsinin uzadılmasını tələb etməklə yanaşı, UEFA “Çempionlar Liqası”nın finalında sonuncu penaltini dəqiq yerinə yetirə bilməyən Xuanfrana da dəstək nümayiş etdiriblər.

“Atletiko” Madridə 2011-ci ilin sonunda gələn Simeonenin müqaviləsi ötən ilə qarşılıqlı razılaşma əsasısında 2020-ci ilə qədər uzadılmışdı. Hər mövsümə 6 milyon avro qazanan Simeone klubun başında olduğu 5 mövsümdə 5 kubok qazanıb. Belə ki, 2012-ci ildə UEFA Avropa Liqası və Avropa Super Kubokunu, 2013-cü ildə İspaniya Kral Kubokunu, 2014-cü ildə La Liqa Çempionluğunu və İspaniya Kral Kubokunu qazanmaqla bərabər 2014 və 2016-cı illərdə UEFA “Çempionlar Liqası”nda final oynayıb.


Xəbər xətti