İdmançılara Zika xəbərdarlığı edildi

00:28 2 İyun 2016

Yay Olimpiya Oyunlarının təxirə salınması və ya yerinin dəyişdirilməsinə ehtiyac olmadığını bəyan edib. 

Ekspertlər hesab edir ki, bu qərar virusun dünya səviyyəsində yayılması dinamikasına təsir etməyəcək.

“Brazilya ağcaqanadlar vasitəsilə insanlara keçən Zika virusunun ən geniş yayıldığı 60 ölkədən biridir. İnsanlar müxtəlif səbəblərə görə bu ölkəyə səyahət etməyə davam edirlər. Bu xəstəliyə tutulmamaq üçün ən yaxşı vasitə səyahətlər zamanı tibbi göstərişlərə əməl etməkdir” deyə ÜST-ün bəyanatında qeyd edilib. 

Ekspertlər hamilə qadınları Zika virusunun yayıldığı regionlara səfər etməməyə çağırıb. Bura eyni zamanda Rio-de-Janeyra da daxildir. Zika virusunun yayıldığı ölkələrə gedən hamilə qadınların həyat yoldaşlarına isə hamiləlik dövründə cinsi əlaqədan uzaq durmaq məsləhət bilinib. 

Brazilyaya gedəcək idmançılar və onların azarkeşlərinə xəbərdarlıq edilib ki, bu müddət ərzində cinsi əlaqədə olmasınlar.

Oyunları izləməyə gedəcək turistlərə kondisionerli otaqlarda qalmaq, həmçinin su və sanitar qovşağı olmayan bölgələrədən uzaq qalmaq tövsiyyə olunur.

“Zika virusu dünyanın 60 ölkəsində, o cümlədən Amerika qitəsinin 39 ölkəsində yayılıb. Lakin Olimpiya oyunlarının bu virusa görə təxirə salınmasına ehtiyac yoxdur. ÜST hər zaman vəziyyəti nəzarətdə saxlayacaq və zəruri tövsiyyələri daim yeniləyəcək”-deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın idmançıları da iştirak edəcəklər.


Digər xəbərlər

Xəbər xətti