Avropa çempionatının oyunlarını Azərbaycanda iki kanal vasitəsi ilə yayımlanacaq

14:30 2 İyun 2016

İyunun 10-da Fransada start götürəcək futbol üzrə Avropa çempionatının 28 oyunu “CBC Sport” vasitəsilə tamaşaçılara təqdim olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə kanalın rəsmi saytına açıqlamasında “CBC Sport”un baş direktoru Volkan Üst məlumat verib: “Bildiyiniz kimi, iyunun 10-dan iyulun 10-a kimi Fransada ilk dəfə 24 komandanın iştirakı ilə Avropa çempionatı keçiriləcək. 4 ildən bir təşkil olunan qitə birinciliyində bu dəfə 51 oyun keçiriləcək. Məmnuniyyətlə açıqlamaq istəyirəm ki, 51 oyundan 28-i “CBC Sport” kanalı vasitəsilə yayımlanacaq. AÇ-2016-nın əsas yayım hüququ, bildiyiniz kimi, “İctimai Televiziya”ya məxsusdur. Azərbaycanda belə mötəbər yarışın iki kanalda yayımlanması futbolumuzun inkişafı və təbliği baxımından olduqca müsbət haldır. Bu işdə “İctimai Televiziya”nın rəhbərliyinə və yaradıcı heyətinə uğurlar arzu edirəm! Ümid edirəm ki, futbolsevərlər maraqlı mübarizədən və bizim birgə işimizdən zövq alacaqlar".


Xatırladaq ki, “CBC Sport” “Copa America” turnirinin oyunlarını da canlı yayımlayacaq.


Xəbər xətti