Dani Alveş "Barselona"dan ayrıldı, yeni komandası müəyyənləşdi

16:32 2 İyun 2016

"Barselona"nın braziliyalı müdafiəçisi Dani Alveş komandadan ayrılıb.


Sportarena.az xəbər verir ki, bu məlumatı Kataloniya klubunun texniki məsələlər üzrə katibi Robert Fernandez də təsdiqləyib.


Bu barədə açıqlama verən Fernandez: "Alveş ayrılıq qərarı aldı. Onun bu qərarına hörmət edirik".


Fernandez Neymar və Maskeranonun da komandadan ayrılıb-ayrılmayacağına fikir bildirib: " Düşünürəm ki, Neymar "Barselona"dan ayrılmayacaq. O, hələ uzun illər "Barselona"nın uğurları üçün çalışacaq. Maskeranoya gəlincə, o, komandada qalacaq".


Qeyd edək ki, D.Alveşin artıq "Yuventus"la ilkin razılıq əldə etdiyi bildirilir. Bu barədə rəsmi məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.


Xatırladaq ki, D.Alveş "Barselona"ya 2008-ci ildə "Sevilya"dan transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti