Millimiz Makedoniya ilə qarşılaşacaq

11:34 3 İyun 2016

Makedoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoldaşlıq oyunu keçirəcək. 


Sportarena.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 12:30-da Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.


Xatırladaq ki,  toplanış müddətində bu komandalar arasında ilk yoldaşlıq oyunu iyunun 1-də keçirilib.


Digər xəbərlər

Xəbər xətti