"Beşiktaş"dan "Liverpul"un futbolçusuna 7 milyon avro

14:08 3 İyun 2016

"Liverpul"un müdafiəçisi Martin Şkrtel karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu futbolçu üçün "Liverpul"a 7 milyon avro təklif edib. "Liverpul"un və futbolçunun bu təklifə müsbət cavab verəcəyi gözlənilir. Buna səbəb 32 yaşlı müdafiəçinin cari mövsümdə əsas heyətə düşə bilməməsidir. 


Qeyd edək ki, futbolçu 2008-ci ildə "Zenit" klubundan "Liverpul"a transfer olunub. O, bu müddət ərzində "qırmızılar"ın heyətində 319 oyun keçirib və 18 qol vurub.


Xəbər xətti