Samir Cəbrayılov "Tour of Ukraine" turunun ən yaxşı gənc velosipedçisi oldu

16:30 3 İyun 2016

Ukraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Ukraine” veloturuna yekun vurulub. On doqquz komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycan velosipedçiləri üçün uğurla başa çatıb.


Sportarena.az xəbər verir ki, yarışın elə birinci mərhələsindən etibarən yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulmuş köynəyi ələ keçirən U-23 yığmamız və "Synergy Baku" komandasının üzvü Samir Cəbrayılov üstünlüyünü sonadək qoruyub. “Ən yaxşı gənc velosipedçi” köynəyindən başqa, S.Cəbrayılov ilk yarış günündə olduğu kimi, sonuncu mərhələdə də finiş xəttini 3-cü keçib və ümumi təsnifatda 114 velosipedçi arasında 4-cü yeri tutub.


Qeyd edək ki, “Synergy Baku” “Tour of Ukraine”da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparıb.


Xəbər xətti