"Milan" Pelleqrini ilə danışıqlara başladı

21:27 3 İyun 2016

"Milan" yeni mövsüm üçün baş məşqçi dəyişikliyi etməyə hazırlaşır.


Sportarena.az xəbər verir ki, A seriyası təmsilçisi "Mançester Siti"nin sabiq çalışdırıcısı Manuel Pelleqrini transfer etmək istəyir.


Artıq bununla bağlı "Milan"ın vitse-prezidenti Adriano Qalliani təcrübəli mütəxəssislə danışıqlara başlayıb.


Qeyd edək ki, "Milan"ın hazırkı baş məşqçisi Kristian Brokkidir.


Digər xəbərlər

Xəbər xətti