Vüqar Həşimov memorialında sonuncu tura start verilib

16:54 4 İyun 2016

Vüqar Həşimov memorialında sonuncu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin lideri Aniş Qiri (Hollandiya) ilə qarşılaşır. Sergey Karyakin (Rusiya) italiyalı Fabiano Krauna, Hindistan şahmatçısı Pentala Harikrişna Eltac Səfərli, Pavel Elyanov (Ukrayna) Teymur Rəcəbov, çinli Hou İfan isə Rauf Məmmədov ilə üz-üzə gəlir.

 

Səkkiz turdan sonra iştirakçıların vəziyyəti belədir: Fabiano Karuana və Aniş Giri – hərəyə 5,5 xal, Şəhriyar Məmmədyarov – 5 xal, Sergey Karyakin– 4,5 xal, Pentala Harikrişna - 4 xal, Rauf Məmmədov, Teymur Rəcəbov - hərəyə 3,5 xal, Eltac Səfərli, Pavel Elyanov – hərəyə 3 xal, Hou İfan – 2,5 xal.


Digər xəbərlər

Xəbər xətti