Messi məhkəmədə qalib gəldi

00:48 8 İyun 2016

"Barselona”nın və Argentina milli komandasının ulduz futbolçusu İspaniya qəzetlərindən birinə məhkəmədə qalib gəlib. 
Messi məhkəmənin qərarına əsasən 65 min avro təzminat qazanıb. Argentina milli komandasının üzvü həmin məbləği Sərhədsiz Doktorlar Təşkilatına bağışlayacaq. 
 
Qeyd edək ki, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Almaniya – Argentina milli komandaları arasında baş tutan matçdan sonra "La Razon” qəzetində onun ünvanına təhqiramiz ifadələrin yazılması iddiası ilə Messi məhkəməyə müraciət etmişdi. 


Digər xəbərlər

Xəbər xətti