"Barselona"nın yeni transferi bəlli oldu

21:35 8 İyun 2016

"Sevilya"nın müdafiəçisi Mariano Ferreyra Filyo növbəti mövsümdən etibarən "Barselona"nın şərəfini qoruyacaq. Bu barədə Estadio Deportivo məlumat verib.

Məlumata görə əks tərəfə katalonların müdafiəçisi Duqlas yollanacaq. Hazırda Marianonun keçidilə bağlı danışıqların son mərhələsidir.

Mariano 2015-ci ildə "Bordo"dan  3,5 milyon avroya transfer edilmişdi.Bu mövsüm o , İspaniya çempionatında 23 oyuna 3 qol vurmuşdu.


Xəbər xətti