Millimizin sabiq baş məşqçisi "Benfika"da

00:31 10 İyun 2016

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ze Migel özünə yeni iş yeri tapıb. Portuqaliyalı mütəxəssis Lissabon "Benfika"sının baş məşqçisi təyin olunub.

Bunu saytımıza Ze Migel özü bildirib: "Gələcəkdə Azərbaycan yığmasının üzvlərindən kimisə "Benfika"ya dəvət etməyim istisna deyil. Mənim əvəzimdə baş məşqçi təyin olunan Zeynal Zeynalova da uğurlar arzulayıram. O, rəhbərliyim altında oynayıb. Çox yaxşı tanıyıram. Komandasına da, ona da uğurlar". (azerisport.az)


Xəbər xətti