Paye göz yaşlarının səbəbini açıqladı: "Hislərimə hakim ola bilmədim"

13:52 11 İyun 2016

AVRO 2016 həyəcanı dünən axşam Fransa – Rumınya matçı ilə start götürdü. Turnirə ev sahibliyi edən Fransa Rumnıyanı 2:1 hesabı ilə məğlub edərək ilk matçda 3 xalı aktivinə yazdırdı.

Vurduğu 1 qol və  etdiyi 1 asistlə komandasının qəhrəmanına çevrilən “Vesthem”in futbolçusu Dmitri Paye oyun boyu üzərində böyük bir təzyiq olduğunu dilə gətirib. 89-cu dəqiqədə vurduğu inanılmaz qol ilə komandasına 3 xalı qazandıran və 90+2-ci dəqiqədə Sissoko ilə əvəzlənən Paye göz yaşlarına hakim ola biməyib və oyundan sonra bunları söyləyib “Kimsə mənə oyunun belə məcrada başa çatacağını söyləsəydi buna inanmazdım. İnanılmaz bir an idi, qoldan sonra hisslərimə hakim ola bilmədim və ağladım”


Xəbər xətti