Azərbaycan Türkiyəyə məğlub oldu

14:09 12 İyun 2016

Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.

Millimizin bu dəfəki rəqibi Türkiyə yığması olub.

Üç qolun vurulduğu qarşılaşmada qələbə türklərə qismət olub.

Xatırladaq ki, qızlarımız turnirdəki ilk oyununda Rumıniyaya 1:4 hesabıyla uduzmuş, Sloveniyaya isə 2:1 hesabı ilə qalib gəlmişdi.

12 iyun

Azərbaycan - Türkiyə - 1:2

Turnir cədvəli: Türkiyə - 9 xal (top fərqi 18-2), Rumıniya - 3 (5-9), Azərbaycan - 3 (4-7), Sloveniya - 0 (1-10).


Digər xəbərlər

Xəbər xətti