İnyesta: "Biz çox rəqabətcil ölkəyik"

15:33 13 İyun 2016

Bu gün Çexiya ilə qarşılaşacaq İspaniya millisinin əsas futbolçularından olan Andres İnyesta mətbuat konfransı keçirib.

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu konfransda bunları deyib:

“Biz çox rəqabətcil ölkəyik və bu bizim üçün əla yarışdır. Komandamla daha bir beynəlxalq kubok qazanmaq məni xoşbəxt edəcək. 3-cü dəfə ardıcıl Avropa çempionu olmaq mənim üçün də xüsusi bir uğur ola bilər. Gənc oyunçular komandaya yeni səviyyə və müstəqillik gətirdi. Milli komandada dəyişiklik hər zaman xeyirlidir. İspaniya son çempiondur və çempionatda mümkün olduğu qədər irəli getmək istəyir”.

Qeyd edək ki, İspaniya-Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti