Sky Sports: İbrahimoviç Avropa çempionatından sonra Mançesterə yollanacaq

16:35 14 İyun 2016

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avropa çempionatı bitdikdən sonra tibbi müayinədən keçmək üçün İngiltərənin "Mançester Yunayted" klubunun bazasına yollanacaq.


Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.


Məlumata görə, futbolçu artıq "qırmızı şeytanlar"la bir illik müqavilənin razılığını əldə edib. Məlumatda, futbolçunun agenti Mino Rayolanın "Mançester Yunayted" rəhbərliyi ilə görüşdüyü də qeyd olunub.


Xatırladaq ki, son mövsüm Fransanın PSJ klubunun heyətində çıxış edən İbrahimoviç hal-hazırda azad agent statusu daşıyır.


Digər xəbərlər

Xəbər xətti