Neymar "Barselona"nı ziyana saldı

15:58 15 İyun 2016

"Barselona" Neymara görə dövlətə 5,5 milyon avro ödəyəcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun İdarə Heyəti qərar qəbul edib.


Belə ki, "Barselona" braziliyalı futbolçunun alınması zamanı "Santos"a ödənən transfer məbləğini az göstərərək vergidən yayınıb və buna görə klub istintaqa cəlb olunub. "Barselona" rəhbərliyi İspaniyanın maliyyə idarəsi ilə anlaşaraq istintaqın bağlanması üçün 5,5 milyon avro ödəməyə razı olub.


Xəbər xətti